Bank sektorunda YENİLİK – Bu şəxslər faizsiz kredit götürə BİLƏCƏK

Bank sektorunda YENİLİK – Bu şəxslər faizsiz kredit götürə BİLƏCƏK

Hazırda oxunan: Bank sektorunda YENİLİK – Bu şəxslər faizsiz kredit götürə BİLƏCƏK

575750

Azərbaycan bank sektorunda yeni mərhələ başlayır. Beynəlxalq reytinq agentliyi olan "Moody’s" bildirir ki, 2026-cı ildən etibarən ölkədə İslam maliyyə prinsiplərinə əsaslanan “İslam pəncərələri” fəaliyyətə başlayacaq.

Bu model vətəndaşlara faizsiz, lakin gəlir paylaşımı və risk bölüşdürülməsi əsasında formalaşan maliyyə məhsulları təqdim etməyi nəzərdə tutur. Yeni sistemin məqsədi həm bankların gəlir mənbələrini genişləndirmək, həm də əhalinin bank xidmətlərinə çıxışını artırmaqdır.
 

MÖVZU İLƏ BAĞLI:

Faizsiz kreditlər kimlərə veriləcək? - VİDEO


Yeni sistem nə vəd edir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Əkrəm Həsənov deyir ki, İslam bankçılığı ənənəvi bankdan onunla fərqlənir ki, orada faiz yoxdur:

“Yəni verilən kredit üzrə faiz alınmır. Sadəcə kredit verən bank kredit alan şəxsin, şirkətin layihəsinə şərik olur. Nəticədə layihənin sonunda əldə edilən qazancda bankın xüsusi payı olur. Mənfəət yoxdursa, heç kim qazanc götürməyəcək. Ənənəvi banklarda isə belə deyil. Mənfəət var, yoxdur, fərq eləməz, hər ay faiz ödəməlisən”.

İslam bankçılığından kimlər faydalana biləcək?

Müsahibimiz qeyd edib ki, İslam bankçılığından o kəslər faydalanacaq ki, onların biznesi tam şəffafdır:

“Qeyri-şəffaf biznesə bu cür kredit verilə bilməz. Ola bilər ki, müddət başa çatanda kredit götürən tərəf deyə bilər ki, “mənfəətim yoxdur”. Belə vəziyyətdə banka hər hansı bir ödəniş edilmir. Ona görə də İslam bankçılığından faydalanmaq üçün ilk növbədə şəffaf fəaliyyət göstərilməlidir. Bu məsələdə alternativ yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO