Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 785,1 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin eyni ayları ilə müqayisədə 7,8 % çoxdur.
Ötən 9 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 milyard 422,8 milyon manatlıq, o cümlədən 25 milyard 359,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21 milyard 63,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə 6,8 % artıb.
Bizim.Media