Pandemiya şəraitinə baxmayaraq Azərbaycan-İran ticarət əlaqələri ötən ilin 11 ayında 30 faizədək artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.
Baş nazirin müavini bildirib ki, yük avtomobillərinin sayı ötən ilin 11 ayında əvvəlki illə müqayisədə 62,5 faiz artıb. Bu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin verdiyi töhfədir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanla İran arasında yeni körpü tikiləcək - RƏSMİ
“Bu dəhliz çox böyük önəm daşıyır və çox yaxşı fəaliyyət göstərir. Ölkələr bu istiqamətdə mühüm işlər görürlər. İran tərəfi Həştərxan hissəsinin tikintisini sürətləndirməlidir. Azərbaycan tərəfi Astaradakı yük terminalının tikintisini başa çatdırıb. Bu gün biz Astaraçay üzərində yeni avtomobil körpüsünün təməlini qoyacağıq və körpünün bu ilin sonuna qədər inşa olunması planlaşdırılır”, - deyə Şahin Mustafayev əlavə edib.
Bizim.Media