Üç ölkədə işıqlar söndürüldü - Nə baş verir?

Üç ölkədə işıqlar söndürüldü - Nə baş verir?

Hazırda oxunan: Üç ölkədə işıqlar söndürüldü - Nə baş verir?

57027

Qazaxıstan, Özbəkistan və Qırğızıstanda kütləvi elektrik enerjisi kəsilib. Bunu Mərkəzi Asiyanın bir-birinə bağlı enerji sistemində baş vermiş qəza ilə əlaqələndirirlər.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya xarici mətbuatda yer alıb.

Mənbə qeyd edir ki, Özbəkistanda elektrik enerjisinin kəsilməsi səbəbindən istilik, kanalizasiya və su təchizatında fasilələr yaranıb.

Qazaxıstanın “Samruk-Enerji” şirkəti Almatının enerji sisteminin şimal və cənub hissələri ilə birləşdirən yüksək gərginlikli elektrik xətlərinin dayandırıldığını bildirib.

Daşkənd rəsmiləri svetoforun sönməsi səbəbindən sakinləri şəxsi avtomobillərdən çox zərurət olmadıqca istifadə etməməyə çağırıb. Özbəkistanın Energetika Nazirliyi bildirib ki, Mərkəzi Asiyada elektrik enerjisinin kəsilməsi Qazaxıstanda baş vermiş qəza ilə əlaqədar olub.

Qazaxıstanda Almatı, Çimkənd, Taras, Türküstan bölgəsi və ona bitişik ərazilərdə işlərin dayandırılması müşahidə olunur. 

Qırğızıstanın Bişkek, Oş və digər şəhərlərində işıqlar kəsilib.

Özbəkistanın Fərqanə vadisində, Fərqanə, Daşkənd, Sırdərya, Cizzəx, Səmərqənd, Nəvai, Kaşkədərya vilayətlərində də işıqların kəsildiyi deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO