Azərbaycanda 2017-2021-ci illər ərzində qaz hasilatı təxminən 73% artıb.
Bizim.Media bu barədə "S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.
Hesabatda bildirilir ki, 2025-ci il üçün bu göstərici daha 20% artacaq: “Buna baxmayaraq, hasilatın artımını nəzərə alsaq da, ortamüddətli perspektivdə neftin 80%-ə yaxın töhfəsi ilə müqayisədə qaz ixracı Azərbaycan iqtisadiyyatında nisbətən cüzi rol oynayacaq və karbohidrogen ixracının təxminən 20%-ni təşkil edəcək”.
MÖVZU İLƏ BAĞLI:
Ölkədə çıxarılan neft və qazın həcmi açıqlandı
Hesabatda vurğulanır ki, Avropada qazın spot qiymətləri rekord həddə çatsa da, Azərbaycan bundan qismən faydalanacaq, çünki ölkənin qaz müqavilələrinin əksəriyyəti uzunmüddətlidir və qiymətlər neftə bağlıdır.
Qeyd edək ki, Azərbaycan qazı Avropaya Cənubi Qafqaz, Ttans-Anadolu (TANAP və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə nəql olunaraq çatdırılır.
Bizim.Media