Ötən il tikinti materiallarının istehsalının ümumi dəyəri 871,8 milyon manat olmaqla, 2020-ci illə müqayisədə 80,6 faiz artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Həmin dövr ərzində odadavamlı kərpiclər, bloklar, tavalar və oxşar saxsı tikinti məhsullarının istehsalı 8,6 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 74,3 faiz, betondan yığma tikinti konstruksiyaların istehsalı 69,2 faiz, emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 56,8 faiz, tikinti gipsinin istehsalı 47,9 faiz, tikinti kərpicinin istehsalı 57,3 faiz, sementin istehsalı 6,3 faiz, tikinti əhənginin istehsalı isə 4,4 faiz artıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:56 / 22.01.2022
Tikinti materiallarının istehsalı 80 faizdən çox artdı
Hazırda oxunan: Tikinti materiallarının istehsalı 80 faizdən çox artdı
Hazırda oxunan: Tikinti materiallarının istehsalı 80 faizdən çox artdı
56609
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.