Azərbaycandan Avropaya nəql olunan qazın həcmi AÇIQLANDI

Azərbaycandan Avropaya nəql olunan qazın həcmi AÇIQLANDI

Hazırda oxunan: Azərbaycandan Avropaya nəql olunan qazın həcmi AÇIQLANDI

56457

Trans Adriatik boru kəmərinin (TAP) işə salınması ilə Azərbaycanın təbii qaz ixracı ötən il əhəmiyyətli dərəcədə artıb.

Bu barədə Bizim.Media-ya SOCAR-dan məlumat verilib.

"Bu çərçivədə 2021-ci ildə Azərbaycandan Avropaya 8.15 milyard kubmetr, Türkiyəyə isə 8,5 milyard kubmetr qaz ixrac edilib", - məlumatda qeyd edilib.

Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir.

Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir. Kəmər 2020-ci ilin dekabrında istifadəyə verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO