Avropada qazın qiyməti 2021-ci ildə 6 dəfə artıb – DETALLAR  

Avropada qazın qiyməti 2021-ci ildə 6 dəfə artıb – DETALLAR  

Hazırda oxunan: Avropada qazın qiyməti 2021-ci ildə 6 dəfə artıb – DETALLAR  

56447

2021-ci ilin 3-cü rübündə Avropa İttifaqının (Aİ) təbii qaz bazarında qiymətlər 2020-ci ilin eyni dövrü ilə müqayisədə altı dəfə artıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının yanvarın 20-də dərc olunmuş hesabatında deyilir. 

Qeyd olunur ki, hesabat dövründə qiymətlər 2021-ci ilin ikinci rübü ilə müqayisədə isə 85-95 faiz artıb. 

Avropa Komissiyası hesab edir ki, yaxın gələcəkdə qiymətlərin ciddi şəkildə azalması gözlənilmir: 

"Aİ dövlətlərinin paytaxtlarında özəl istehlakçılar üçün qaz qiymətləri noyabr ayında əvvəlki illə müqayisədə artıb. Dörd şəhərdə demək olar ki, ikiqat artım qeydə alınıb". 
2021-ci ilin üçüncü rübündə Aİ regionuna təbii qazın ixracında Rusiya ilk pillədə qərarlaşıb. Belə ki, Avrozonaya ixrac olunan təbii qazın 40 faizi Rusiyadan "Şimal axını" qaz kəməri ilə, 27 faizi Ukraynadan, 25 faizi isə Belarusdan tranzitlə daxil olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO