"Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur".
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanda ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə Baş nazir Əli Əsədov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Baş nazir qiymət artımı ilə bağlı hökumətin iclasını keçirdi - FOTO
Diqqətə çatdırılıb ki, inflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olub:
"Ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşür. Belə ki, kənd təsərrüfatı və ərzaq idxalımız 2,1 mlrd. dollar olmaqla ümumi idxalın 18%-ni təşkil edir. 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli aktivləşmiş və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olub", - deyə Ə.Əsədov əlavə edib.
Bizim.Media