Azərbaycan Rusiya və Özbəkistan tərəfindən həyata keçirilən sürətli ərzaq tədarükü üçün Aqroexpress logistika layihəsinə daxil olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiyanın İqtisadi İnkişaf Nazirliyi yayıb.
“Bu istiqamətdə əməkdaşlıq Azərbaycanı müntəzəm dəmir yolu xidməti ilə təmin edəcək”, deyə Avrasiya inteqrasiyasına nəzarət edən iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç qeyd edib.
Onun sözlərinə görə, Aqroexpress layihəsinin üstünlükləri bunlardır ibarətdir: rəqabətli çatdırılma şərtləri ilə malların marşrut boyunca xərcləri azaldılacaq, maddi-texniki məhdudiyyətlərin aradan qaldırılması üçün lazımi şərait yaradılacaq və nəhayət malların paylanması infrastrukturu formalaşacaq.
Xəbər verdiyimiz kimi, 2021-ci il iyulun 21-də Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşündən sonra MDB ölkələrindən kənd təsərrüfatı məhsulları idxalının həcminin artırılmasına yönəlmiş tədbirlərin görülməsi barədə göstəriş verib.
“Aqroekspress” bu sərəncamın həyata keçirilməsi formalarından biridir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:10 / 18.01.2022
Azərbaycan ərzaq tədarükü üzrə Rusiya ilə Özbəkistan arasında logistika layihəsinə qoşuldu
Hazırda oxunan: Azərbaycan ərzaq tədarükü üzrə Rusiya ilə Özbəkistan arasında logistika layihəsinə qoşuldu
Hazırda oxunan: Azərbaycan ərzaq tədarükü üzrə Rusiya ilə Özbəkistan arasında logistika layihəsinə qoşuldu
55945
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.