Prezident bir neçə il əvvəlki devalvasiyanın səbəbini AÇIQLADI:

Prezident bir neçə il əvvəlki devalvasiyanın səbəbini AÇIQLADI: "10 milyard dollar itirdik"

Hazırda oxunan: Prezident bir neçə il əvvəlki devalvasiyanın səbəbini AÇIQLADI: "10 milyard dollar itirdik"

55067

“Bizim ümumiyyətlə, iqtisadi və sosial sahədə siyasətimiz bir-birini tamamlayır. Çünki bir çox ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, o ölkələrdə ki, yalnız elmi əsaslarla təsbit edilmiş iqtisadi model həyata keçirilir, o ölkələrdə adətən əhali bundan əziyyət çəkir”.

Bizim.Media-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevdən buğda təminatı ilə bağlı MÜHÜM AÇIQLAMA


“Çünki prinsip etibarı ilə əgər tarixə nəzər salsaq görərik ki, köklü iqtisadi islahatlar bir çox hallarda insanların rifah halına mənfi təsir göstərir. Ancaq Azərbaycanda biz belə siyasət aparırıq ki, sosial sahə daim diqqət mərkəzində olsun və iqtisadi, köklü iqtisadi islahatlar insanların güzəranına mənfi təsir göstərməsin. Düzdür, istisnalar olub. 

Bildiyiniz kimi, bir neçə il bundan əvvəl biz çox ağır bir addımın atılmasına məcbur idik. Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. Amma o addımı biz mütləq atmalı idik. Çünki əgər biz bu addımı atmasaydıq, biz bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. 

Onsuz da bu addımın gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Hardasa təxminən 10 milyard dollar vəsait bax bu manatın sabit saxlanmasına istifadə edilmişdi.

Nəticə etibarı ilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və 10 milyard dollar valyutanı biz itirdik. Yəni belə hallar olub. Amma mənim prezidentlik dövrümdə tək bu halı mən yada sala bilərəm. Bu hal, bu addım qaçılmaz idi”, - deyə Prezident vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO