DSMF-dən bəzi pensiyaların artmaması ilə bağlı AÇIQLAMA

DSMF-dən bəzi pensiyaların artmaması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: DSMF-dən bəzi pensiyaların artmaması ilə bağlı AÇIQLAMA

55040

Dövlət Sosial Müdafiə Fondu bəzi pensiyaçıların pensiyasının artmamasının səbəblərini açıqlayıb.

Fonddan Bizim.Media-ya verilən məlumata görə, ölkədə növbəti sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artırılaraq 200 manatdan 240 manata çatdırılıb.

Bu artım pensiyalarının məbləği 240 manata qədər olan pensiyaçıları əhatə edir və onların pensiyaları yanvarın 1-dən 240 manata çatdırılaraq ödənilir.

Pensiyaların bu ilin əvvəlindən indeksləşdirilərək artırılması isə ötən ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə dair Dövlət Statistika Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcəyi rəsmi məlumata uyğun aparılacaq.

Həmin artım tətbiq olunduqda bu barədə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO