Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) Azərbaycanın daha dörd istehsalçısından pomidor idxalına icazə verib. (“Geotermal” (Kürdəmir rayonu), Şükürov İlkin Mirzəxan (Masallı rayonu), “Gp Alfa greenhouse” MMC (Salyan rayonu), “Hajigabul Greenhouse” MMC (Hacıqabul rayonu).
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, qərar 17 dekabrdan qüvvəyə minəcək.
“Rosselxoznadzor” 17 dekabr 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə Azərbaycan Respublikasından Rusiya Federasiyası ərazisinə əvvəllər Aİİ-yə üzv olan ölkələr üçün karantin obyektlərinin aşkarlanmadığı ərazilərdə yerləşən müəssisələrdən pomidor idxalına icazə verilməsini mümkün sayır”,- deyə qurumun açıqlamasında qeyd olunub.
MÖVZU İLƏ BAĞLI:
''Anbarlarda tonlarla pomidor xarab olur'' - SAHİBKAR
Bizim.Media