Azəri-Çıraq-Günəşli və

Azəri-Çıraq-Günəşli və "Şahdəniz" üzrə gəlirlər açıqlandı

Hazırda oxunan: Azəri-Çıraq-Günəşli və "Şahdəniz" üzrə gəlirlər açıqlandı

54124

Azəri-Çıraq-Günəşli (AÇG) və "Şahdəniz" üzrə 1 yanvar 2022-ci il tarixinə olan gəlirlər açıqlanıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan Bizim.Media-ya bildirilib ki, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 155,373 mln. ABŞ dolları (01.01.2022 tarixinə) təşkil edib. 

01.01.2021 tarixdən 01.01.2022 tarixinə AÇG yatağından 5 968,4 mln. ABŞ dolları məbləğində gəlir əldə olunub.

"Şahdəniz" yatağı üzrə isə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən) 4,551 mln. ABŞ dolları (01.01.2022 tarixinə) təşkil edib.

"Şahdəniz" yatağından (qaz və kondensat) - (01.01.2021 - 01.01.2022 tarixinə): 884,793 mln. ABŞ dolları məbləğində gəlir əldə olunub.
O cümlədən, "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər (01.01.2021 - 01.01.2022 tarixinə) 302,817 mln. ABŞ dolları olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO