“Bu il əhalinin sosial təminatı güclənəcək” - Vüqar Bayramov

“Bu il əhalinin sosial təminatı güclənəcək” - Vüqar Bayramov

Hazırda oxunan: “Bu il əhalinin sosial təminatı güclənəcək” - Vüqar Bayramov

53744

“Pandemiyanın təsirlərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı 2021-ci ili artımla başa vura biləcək. İlkin proqnozlara görə 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 5% artacaq. Onu da nəzərə alaq ki, 2020-ci ili iqtisadiyyatımızda pandemiya səbəbindən tənəzzül qeydə alınmışdı. 2021-ci ildə qeyri-neft gəlirləri və neft daxilolmaları da proqnozlaşdırılandan daha çox oldu”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində millət vəkili Vüqar Bayramov qeyd edib.

Belə ki, 2022-ci ildə Azərbaycan iqtisadiyyatından gözləntilərini bölüşən millət vəkili qeyri-neft sektorunun daha da inkişaf edəcəyini bildirib:

“2021-ci ildə əldə olunan nailiyyətlər 2022-ci il üçün maliyyələşmə baxımından yeni imkanlar yaradıb. 2022-ci ildə Azərbaycan iqtisadiyyatında artım tempinin davam edəcəyi gözlənilir. İlkin proqnozlara görə, pandemiya sərtləşməzsə və yenidən sərt karantin qaydaları tətbiq olunmazsa, Azərbaycan iqtisadiyyatı 4%-ə yaxın böyüyəcək. 2022-ci ildə iqtisadi artımın əsasən qeyri-neft sektoru üzərində qurulacağı gözlənilir. Növbəti il ÜDM-də qeyri-neft sektorunun payının 70%-i aşacağı proqnozlaşdırılır”.

Vüqar Bayramov 2022-ci illə bağlı əsas gözləntinin sosial siyasətlə bağlı olduğunu da diqqətə çatdırıb:

“Lakin sadalananlar fonunda, 2022-ci il üçün ən böyük gözlənti yeni sosial paketin tətbiq edilməsilə bağlıdır. Nəzərə alaq ki, 2022-ci ildə yeni sosial paketə əlavə olaraq, büdcədən 1,5 milyard vəsait ayrılacaq. Eləcə də, 2022-ci ilin dövlət büdcəsinin xərclərində müstəqillik illərində ilk dəfə olaraq, sosial xərclərin payı 45%-dən çox olacaq. Bütövlükdə, sosial xərclər, ümumi büdcə xərclərinin 46,4%-ni təşkil edəcək. 2022-ci ildə büdcədən sosial xərclərə, ümumilikdə, 14 milyarda yaxın vəsaitin ayrılması gözlənilir”.

Millət vəkili 2022-ci ili Azərbaycan üçün sosial təminatın gücləndirilməsi ili kimi qiymətləndirib:

“Bütün bunlar ondan xəbər verir ki, 2022-ci il Azərbaycan üçün sosial təminatın gücləndirilməsi ili kimi yadda qalacaq. Xüsusən də, yeni sosial paketin təqdim olunması əmək haqlarında və digər sosial ödənişlərdə artımla müşahidə olunacaq ki, bu kontekstdən də 2022-ci ildə biz sosial siyasətin daha da dərinləşəcəyinin şahidi olacağıq”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO