“Bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafının bərpa edilməsi ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının artmasına, eləcə də aqrar məhsula olan tələbin yerli istehsal hesabına ödənməsinə gətirib çıxaracaq”.
Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı Vüqar Bayramov Qarabağın bölgələr üzrə iqtisadi inkişafından danışarkən qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Qurban Yetirmişli: “Gələn il Qarabağda 4 seysmik stansiya quraşdırılacaq”
Onun sözlərinə görə Qarabağ iqtisadi baxımdan böyük potensiala malik bölgələrimizdəndir:
“Orada yalnız sənaye deyil, aqrar sektorda da imkanlar genişdir. Bütövlükdə Qarabağın torpaqlarının məhsuldar olduğunu nəzərə alsaq, praktik olaraq əksər rayonlarımızda, kənd təsərrüfatının inkişaf imkanları var. Amma torpaqların məhsuldarlığı, xüsusən də əkinçiliyi baxımından Ağdam və Füzuli daha çox fərqlənir. Ağdamın torpaq fondunun 94 faizdən çoxu məhsuldar torpaqlardır. Hər iki rayonda əkinçilik imkanları genişdir”.
Deputat Cəbrayılda meyvəçiliyin, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın isə daha çox heyvandarlığın inkişafı baxımından seçildiyini bildirib:
“Güman olunur ki, Ağdam və Füzulidə daha çox əkinçiliyə, Cəbrayılda isə meyvəçiliyə üstünlük veriləcək. Digər bölgələr isə heyvandarlıq fürsətlərindən yararlanacaqlar. Bu inkişaf həm də qiymətlərin optimallaşdırılmasına və idxal epilyasiyasının minimumlaşdırılmasına səbəb olacaq”.
Alçina Amilqızı, Bizim.Media