Azərbaycanda əmək pensiyasının minimum məbləği artırılır.
Bizim.Media xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.
MÖVZU İLƏ BAĞLI:
Büdcədənkənar fondların hüquqi şəxs olmasına dair tələb ləğv edildi
Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manat olacaq.
Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manatdır.
Vüsalə Balayeva, Bizim.Media