Satınalmalarla bağlı yeni QƏRAR - RƏSMİ

Satınalmalarla bağlı yeni QƏRAR - RƏSMİ

Hazırda oxunan: Satınalmalarla bağlı yeni QƏRAR - RƏSMİ

52260

Nazirlər Kabinetinin 2021-ci il 20 dekabr tarixli qərarı ilə “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə qaydası” təsdiq edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Bizim.Media-ya verilən məlumatda bildirilir ki, qərarın tətbiqi kotirovka sorğusu prosedurunun tamamilə elektronlaşdırılması, sahibkarların dövlət satınalmalarında iştirakının əlçatanlığının və şəffaflığın təmin edilməsinə, aşkarlıq əsasında bütün sahibkarlara bərabər rəqabət mühitinin yaradılmasına xidmət edəcək.

Qərara əsasən, kotirovka sorğusu metodu ilə təşkil edilən bütün satınalmalar dövlət satınalmalarının vahid internet portalı (etender.gov.az) vasitəsilə həyata keçiriləcək.

Daha bir mühüm məqam isə açıq tenderin keçirilməsi üçün iştirak haqqının aşağı salınmasıdır. Belə ki, ehtimal olunan qiymətdən asılı olaraq, iştirak haqqı 100-1500 manat arasında olacaq.

İştirak haqqının sabit məbləğdə olması və aşağı salınması açıq tenderlərdə, xüsusilə iri həcmli satınalmalarda mikro, kiçik və orta sahibkarların fəal iştirakını stimullaşdıracaq.
Bununla da, dövlət vəsaitinin qənaətlə və səmərəli istifadə edilməsinə və rəqabətdən irəli gələrək daha keyfiyyətli malların (iş və xidmətlərin) əldə olunmasına zəmin yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO