“İcazə blankları”nın verilməsində YENİ QAYDA

“İcazə blankları”nın verilməsində YENİ QAYDA

Hazırda oxunan: “İcazə blankları”nın verilməsində YENİ QAYDA

52028

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dekabr ayında beynəlxalq avtomobil daşımaları həyata keçirən 15 şirkət “İcazə blankları”nı almaq üçün yeni qaydaya uyğun olaraq sənədləri tam şəkildə təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

"Yeni qaydaya əsasən daşıyıcılar çoxtərəfli illik icazə blankları almaq üçün avtonəqliyyat vasitələrinin mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlərin surətini, ekoloji sertifikatın surətini və avtomobili idarə edəcək sürücülərin əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınmasını təsdiq edən sənədi təqdim etməlidirlər", - nazirlikdən bildirib.

Qeyd edək ki, “İcazə blankları” ölkələr arasında razılığa əsasən daşımaların həcminə uyğun müəyyən olunan və beynəlxalq yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür.

Bu sənəd ölkələr arasında daşımaların həcmindən asılı olaraq, kvota əsasında müəyyən olunaraq paritet qaydada mübadilə edilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO