Azərbaycanda dərmanların qiyməti bu vaxtdan ucuzlaşacaq – Millət vəkili ŞƏRTLƏRİ açıqladı

Azərbaycanda dərmanların qiyməti bu vaxtdan ucuzlaşacaq – Millət vəkili ŞƏRTLƏRİ açıqladı

Hazırda oxunan: Azərbaycanda dərmanların qiyməti bu vaxtdan ucuzlaşacaq – Millət vəkili ŞƏRTLƏRİ açıqladı

51746

“Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq, o cümlədən qarşılıqlı investisiya qoyuluşlarının həcmi artmaqdadır. Bu baxımdan, birgə dərman istehsalının təşkil olunması mövcud əməkdaşlığın bir formatı, nümunəsi kimi xarakterizə olunmalıdır” deyən millət vəkili Vüqar Bayramov məsələnin digər tərəfindən də danışıb:

“Türkiyə dərman istehsalında müqayisəli üstünlüyə malik və bu sahədə ixtisaslaşmış ölkələrdən biri hesab olunur”.

Bizim.Media-ya danışan deputat həmçinin bildirib ki, Türkiyənin daxilində dərmana olan tələb daha çox yerli məhsullar hesabına ödənir.
 

MÖVZU İLƏ BAĞLI:

Aptekdən PULSUZ dərman ala biləcəksiniz: BU QAYDA İLƏ... - VİDEO


Bu səbəbdən, Türkiyə və Azərbaycan arasında bu istiqamətdə əməkdaşlığın formalaşması və güclənməsi olduqca vacibdir:

“Çünki Azərbaycan dərman preparatlarının əhəmiyyətli hissəsini idxal edir. Ona görə də, yerli istehsalın formalaşmasına ehtiyac var. Eyni zamanda, regionda Türkiyə dərmanları keyfiyyət və qiymətinə görə seçilir. Bu da dərman istehsalında əməkdaşlığı səmərəli edən amillərdəndir. 
 

Dərman istehsalının təşkil olunmnası dərmana olan tələbin ödənilməsində yerli istehsalın payını artıracaq. Bu isə idxaldan asılılığın minimumlaşdırılması baxımından mühümdür.


Digər tərəfdən isə bu imkan verəcək ki, bütövlükdə istehlak bazarında dərman preparatlarının qiymətləri mərhələli şəkildə optimallaşdırılsın. Nəticədə, istehsalın genişləndirilməsi növbəti etaplarda Azərbaycanda da dərman preparatlarının qiymətlərinin aşağı düşməsinə gətirib çıxara bilər”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO