Zəngəzur dəmir yolunu Avropa maliyyələşdirəcək? – Ekspertdən AÇIQLAMA 

Zəngəzur dəmir yolunu Avropa maliyyələşdirəcək? – Ekspertdən AÇIQLAMA 

Hazırda oxunan: Zəngəzur dəmir yolunu Avropa maliyyələşdirəcək? – Ekspertdən AÇIQLAMA 

51736

Məlum olduğu kimi, dekabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan Brüssel görüşündə Şərqi Zəngəzuru Naxçıvana birləşdirəcək dəmir yolu xəttinin çəkilməsi ilə bağlı razılaşma əldə olunub.

Lakin razılaşma ilə bağlı maraq doğuran nüanslardan biri, dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsinin tikintisinin kim tərəfindən maliyyələşdiriləcəyidir.

Belə ki, ilk olaraq, Rusiyanın bu işi öz üzərinə götürəcəyi ehtimalları geniş müzakirə predmeti idi. Çünki Ermənistan dəmir yolları faktiki olaraq Rusiyanın inhisarındadır. 

Lakin son olaraq, erməni politoloq Riçard Qiraqosyan məsələ ilə bağlı verdiyi açıqlamasında dəmir yolunun Ermənistandan keçən hissəsinin Avropa İttifaqı tərəfindən maliyyələşdiriləcəyini qeyd edib. Erməni ekspert bununla bağlı Brüsseldə razılaşmanın əldə olunduğunu iddialarına əsas kimi göstərib.
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzurdan keçən dəmir yolu hansı marşrut üzrə salınacaq? – Anar İsgəndərovun ŞƏRHİ 


Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-nın suallarını cavablandırıb.

- Natiq bəy, sizcə dəmir yolunun sözügedən hissəsi kim tərəfindən maliyyələşdirilə bilər?

“Doğrudur, Ermənistan dəmir yolları Rusiya tərəfindən idarə olunur. Lakin bu o demək deyil ki, investisiyaların hamısı Rusiya tərəfindən qoyulacaq. Bundan öncə, Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrinə yardım paketləri elan etmişdi və bu Ermənistan üçün 2,5 milyard avro həcmində idi. Düşünürəm ki, o zamandan Avropa Birliyi infrasturktur layihələrinə pul ayrılacağını bilirdi. Elə həmin maliyyə dəstəyinin əsasını da məhz infrasturktur layihələrinə dəstək təşkil edir”.

Ekspert regional layihələrə investisiya ayrılmasının Avropa İttifaqının maraqlarına uyğun olduğunu da qeyd edib:

“Düşünürəm ki, Aİ bu məsələdə aktiv rol oynayacaq. Çünki yeni logistik xətlərin açılması Avropanı Şərqə birləşdirəcək və bu Birliyin maraqlarına uyğundur. Bu həm də, iki ölkə arasında ticarət və münasibətlərin normallaşmasına xidmət edəcək bir addım ola bilər ki, bu da Avropa İttifaqının maraqları çərçivəsindədir. Görünür, Aİ-nin maliyyə dəstəyi bu layihələrdə önə çıxacaq. Eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi üçün maliyyə paketinin ayrılacağı da gözlənilir.
 

Paralel olaraq, Ermənistanda da dəmir və avtomobil yollarının bərpasına Birlik maliyyə dəstəyi verəcək”.


- Ermənistan dəmir yollarının Rusiyanın inhisarında olduğunu nəzərə alsaq, Avropa İttifaqının regional layihələrə investisiya ayırması Moskvanın maraqlarına nə dərəcədə uyğun ola bilər?

“Düşünürəm ki, bu Rusiyanın maraqlarına uyğundur. Çünki Rusiya əlavə maliyyə dəstəyi əldə edəcək. Bunun nəyi pisdir ki? Həmin yolların tikilməsində Rusiya şirkətləri iştirak edəcək və Avropa İttifaqının vəsaiti hesabına rus şirkətləri pul qazanacaq. Rusiya onsuz da dəmir yolunun açılmasında maraqlıdır. Maliyyə mənbəyi də Avropadan gələcəksə, lap yaxşı. Rusiyanın buna əks reaksiya verməsi ehtimalı aşağıdır. Doğrudur, Kremlin Qərblə münasibətləri gərgindir. Lakin indiki situasiyada Rusiya oyunu daha qəliz oynayır. Buna görə də, Kreml layihəni narazılıqla qarşılamaq yerinə, dəstək olacaq”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO