Azərbaycanda neft məhsulları istehsalının dəyəri 14 faizdən çox artıb

Azərbaycanda neft məhsulları istehsalının dəyəri 14 faizdən çox artıb

Hazırda oxunan: Azərbaycanda neft məhsulları istehsalının dəyəri 14 faizdən çox artıb

51296

Bu ilin yanvar-noyabr aylarında ölkəmizdə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 984,4 milyon manat olub.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artım deməkdir.

Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 2,3 dəfə, sürtkü yağlarının istehsalı 60,9 faiz, neft koksunun istehsalı 30,9 faiz, dizel yanacağının istehsalı 19 faiz, avtomobil benzininin istehsalı 6,8 faiz, yanacaq mazutunun istehsalı isə 1,5 faiz artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO