Azərbaycan Türkiyənin MEXT Texnoloji Mərkəzi ilə əməkdaşlığa başladı - FOTO

Azərbaycan Türkiyənin MEXT Texnoloji Mərkəzi ilə əməkdaşlığa başladı - FOTO

Hazırda oxunan: Azərbaycan Türkiyənin MEXT Texnoloji Mərkəzi ilə əməkdaşlığa başladı - FOTO

51271

İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən istehsal yönümlü müəssisələr üçün “Ağıllı Sənaye Hazırlığı İndeksi” (Smart Industry Readiness Index-“SIRI”) qiymətləndirməsi ilə bağlı seminar təşkil olunub.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən seminarda 25-dək müəssisə və şirkət nümayəndələri iştirak edib, rəqəmsallaşma və müasir texnologiyaların tətbiqi barədə fikir mübadiləsi aparılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan 66 adda yeni silah və hərbi texnika istehsal edəcək


Türkiyə Metal Sənayeciləri Birliyini (MESS) təmsil edən MEXT Texnoloji Mərkəzinin nümayəndələri müəssisələrin səmərəlilik əmsalının artması, “SIRI” qiymətləndirilməsi çərçivəsində müəssisələrin əsas keyfiyyət göstəricilərinin dəyərləndirilməsi istiqamətində təcrübələrini bölüşüblər.

Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu çərçivəsində IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Mext Texnoloji Mərkəzi arasında ikitərəfli əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədə əsasən, tərəflər sənaye sahəsində rəqəmsal həllər mövzusunda təlim və tədbirlərin keçirilməsində, həmçinin texnoloji məsləhət xidmətlərinin təşkilində əməkdaşlıq edəcək, texnoloji sahibkarlığın inkişafı və süni intellekt, əşyaların interneti və mobillik üzrə birgə təşəbbüs və layihələr həyata keçirəcəklər.

Dünyanın ən böyük rəqəmsal transformasiya və inkişaf mərkəzlərindən olan MESS Dünya İqtisadi Forumunun IV Sənaye İnqilabı Şəbəkəsinin Türkiyədəki Afiləedilmiş Mərkəzinə də ev sahibliyi edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO