Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin ilk 10 ayında mühüm məhsul növlərindən məişət kondisionerlərinin idxalı 0,4 faiz, paltaryuyan maşınlar 19 faiz, mebellər 31,6 faiz, məişət soyuducuları isə 44,4 faiz artıb.
Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında hesablama maşınları, blok və qurğularının idxalında isə 8,4 faiz artım müşahidə olunub.
Qeyd edək ki, idxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:28 / 17.12.2021
Azərbaycanda mebel və soyuducu idxalı kəskin artdı
Hazırda oxunan: Azərbaycanda mebel və soyuducu idxalı kəskin artdı
Hazırda oxunan: Azərbaycanda mebel və soyuducu idxalı kəskin artdı
51159
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.