“Lukoyl” “Şahdəniz” layihəsində operator olmağa cəhd etməyəcək

“Lukoyl” “Şahdəniz” layihəsində operator olmağa cəhd etməyəcək

Hazırda oxunan: “Lukoyl” “Şahdəniz” layihəsində operator olmağa cəhd etməyəcək

0:00
0:00
51131

“Lukoyl” “Şahdəniz” layihəsində mövcud paydan razıdır.

Bizim.Media xəbər verir ki, bu barədə “Lukoyl”un rəhbəri Vahid Ələkbərov jurnalistlərə açıqlamasında bildirib.

Şirkət "Petronas"dan layihənin 9,99%-ni aldıqdan sonra daha böyük pay almaqla layihənin operatoru olmağa çalışmayacaq. 

Ələkbərovun sözlərinə görə, 9,99%-lik alqı-satqı üzrə sövdələşmə artıq imzalanıb və ödəniş birinci rübdə həyata keçiriləcək.

Şahdəniz qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 70 km cənub-şərqdə yerləşir. Layihə hasilatın pay bölgüsü sazişi (PSA) çərçivəsində həyata keçirilir.

Layihə çərçivəsində kommersiya istehsalına 2006-cı ildə başlanılıb. “Şahdəniz”in ehtiyatları 1,2 trilyon kubmetr qiymətləndirilir.  

Bundan əvvəl bildirilmişdi ki, “Lukoyl” layihə tərəfdaşları ilə mülkiyyət hüquqlarına riayət olunması məsələsi ilə bağlı danışıqlardan sonra, “Şahdəniz” layihəsində “Petronas”dan aldığı payı 15,5 %-dən 9,99 %-ə endirəcək.

Eyni zamanda, razılaşmanın məbləği 2,25 milyard ABŞ dollardan 1,45 milyard ABŞ dollara qədər azalacaq. 
Sövdələşmə haqqında 2020-ci ilin oktyabrında elan edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO