Azərbaycanda minik avtomobillərinin istehsalı artdı

Azərbaycanda minik avtomobillərinin istehsalı artdı

Hazırda oxunan: Azərbaycanda minik avtomobillərinin istehsalı artdı

0:00
0:00
51047

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1992 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 350 ədəd çox minik avtomobili istehsal olunub.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövr ərzində əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə traktorların istehsalı 2,0 dəfə artıb.

Qeyd olunan dövr ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 399,0 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 1,6 faiz artıb, maşın və avadanlıqların istehsalı 11,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 90,2 faiz azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO