Taxıl məhsullarına nəzarətin İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi nə dərəcədə düzgündür?

Taxıl məhsullarına nəzarətin İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi nə dərəcədə düzgündür?

Hazırda oxunan: Taxıl məhsullarına nəzarətin İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi nə dərəcədə düzgündür?

50944

Baş nazirin imzaladığı qərarla İqtisadiyyat və Sənaye Nazirliyi taxıl məhsullarının insanın həyatı, sağlamlığı, dövlətin əmlak maraqları və ətraf mühitin təhlükəsizliyinin qorunmasını təmin edəcək standart və tələblərə uyğunluğuna nəzarət edəcək. (Qaynaq: //news.lent.az/news/174203)

Bəs, görəsən əhalinin həyatı və sağlamlığı, eyni zamanda ətraf mühitin qorunması kimi məsələlərə nəzarətin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən həyata keçirilməsi nə dərəcədə düzdür? Bu səlahiyyətlər Səhiyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət sahəsinə aid deyilmi? Ən əsası, belə bir qərar sahibkarlıq subyektlərində əsassız yoxlamalara rəvac verməzmi? Ümumiyyətlə iqtisadiyyatçılarımız bu qərarı necə şərh edirlər?

Moderator.az-ın suallarını savablandıran İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblıya görə, vətəndaşların istehlak hüquqlarının qorunması dövlətin konsitutsion vəzifələrindən biridir: “Hazırda İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən İstehlakçıların Hüquqlarının Müdafiə Departamenti bu vəzifəni yerinə yetirir. Məncə, bu fəaliyyətin daha effektiv hala gəlməsi üçün istehlakçı hüquqlarının müdafiə mexanizmlərinin təkmil olması, bazara keyfiyyətsiz məhsulların daxil olması və satışı üzərində ciddi sanksiyalarının mövcudluğunun yaradılması və keyfiyyətli nəzarətin təşkil edilməsi həqiqətən vacibdir”.

Bununla belə Məhəmməd Talıblı un və un məmulatları kimi srtateji önəm daşıyan mallar üzərində nəzarətin gücləndirilməsinin inhisarçılığa yol aça biləcəyindən də narahatdır:

“Un və un məmulatlarının emal prosesindəki antisanitar vəziyyətin hökm sürməsi bu seqmentin dövlətin və ya çox tanınmış, hakimiyyətə yaxınlığı heç bir şübhə doğrumayan barmaqla sayılacaq hansısa şirkətin monopoliyasına verilməsinə gətirib çıxara bilər. Bu isə ölkə iqtisadiyyatının inkişafının başlıca şərtlərindən sayılan azad rəqabət imkanının məhdudlaşdırılması deməkdir.

 Elçin

DİPM İB ”“in həmsədri Elçin Qurbanov da bu qərarın bir sıra neqativ hallara yol açacağına inanır:

“Azərbaycan Republikası İqtisadiyyat və Sənaye Nazirliyi yanında “Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyəti ilə tanışam. Bu günə qədər adı çəkilən qurumun hansı formada sahibkarlıq subyektlərində uyğunluq və gigiyenik sersifikat arayışında olduğu hamıya məlumdur. Bu gün isə Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə qərar verib. Dəyişiklikdə isə bu fəaliyyətlər İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib.

Taxıl qida sənayesinə aid xammal olsa da istehsal prossesi keçməmiş kənd təsərrüfatı məhsuludur. Onun sənayeləşmiş (istehsal sənayesi) forması, əsasən qida sənayesində yer alan malları insan həyatı və ətraf mühit üçün təhlükə törədə bilər. Əlbəttə ki, buna nəzarət hər zaman olmalıdır.

Amma hörmətli Artur müəllim nəzərə almalıdır ki, məhsul (xammal) kimi taxılın keyfiyyətinin tədqiq edilməsi kənd təsərrüfatı sahəsində taxılçılıq üzrə ixtisaslaşdırılmış qurumların fəaliyyətinə aiddir. Qərar verilərkən bu məsələ hökmən nəzərə alınmalıydı. Xüsusilə 22 botanik növə malik olan taxıl bitkisinin əkininə, becərilməsinə, tədarükünə nəzarət yalnız kənd təsərrüfatı məhsulları üzərində ixtisaslaşdırılmış quruma verilə bilər. Taxıl məhsuluna gigiyenik və uyğunluq sertifikatı vermək üçün hər cür imkanlara malik qurum isə Kənd Təsərrüfatı Nazirliyidir.

Bu işlərin həyata keçirilməsini İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilməsi sahibkarlığa lüzumsuz müdaxilələrə şərait yarada, əsassız və qeyri-peşəkar müdaxilələr isə bu strateji məhsulun bahalaşmasına gətirib çıxara bilər. 

Moderator.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO