İstehlakda yerli istehsal payının artırılması üçün hansı addımlar atılmalıdır? – Vüqar Bayramovdan TƏKLİF

İstehlakda yerli istehsal payının artırılması üçün hansı addımlar atılmalıdır? – Vüqar Bayramovdan TƏKLİF

Hazırda oxunan: İstehlakda yerli istehsal payının artırılması üçün hansı addımlar atılmalıdır? – Vüqar Bayramovdan TƏKLİF

50915

“Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 10 ayında infilyasiya 6.2 faiz olub. Bu 2017-ci ildən sonra ən yüksək illik rəsmi infilyasiya göstəricisidir”.

Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov “Facebook” hesabında yazıb.

Deputat qeyd edib ki, rəsmi statistikaya əsasən, bu il ərzində bütün aylar üzrə əvvəlki aya nisbətən illik infilyasiya səviyyəsi daha yüksək olub:
 

MÖVZU İLƏ BAĞLI:

“Nabukkonun yenidən reallaşması müzakirə olunmur” - Vüqar Bayramov


“Belə ki, ilə rəsmi 2.7 faizlik illik infilyasiya ilə başlanılsa da bu rəqəm 10 ayda 3 dəfə bənd daha artıb. Komitənin hesablamalarına görə, ərzaq məhsullarının qiyməti daha çox yüksəlib. Belə ki, infilyasiya ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4 faiz olub. Noyabr ayında qiymət səviyyəsi əvvəlki ilin uyğun ayı ilə müqayisədə 11,1 faiz çox olub.

Rəsmi infilyasiya rəqəmi göstərir ki, istehlak bazarında qiymətlərin optimallaşdırılması üçün daxili təklifin artırılması və fermerlərin paytaxt bazarlarına çıxışının təşviq edilməsinə ehtiyac var:

“Qarşıdan bayram günlərinin gəldiyini nəzərə alsaq, paytaxtda mütəmadi fermer yarmarkaların təşkili məqsədəuyğun olardı. Bu zaman xərclərin bir hissəsinin, o cümlədən nəqliyyat xərclərinin yerli icra hakimiyyəti orqanları və müvafiq mərkəzi icra hakimiyyəti qurumu tərəfindən qarşılanmasına ehtiyac var.

Digər tərəfdən, ilkin proqnozlara görə, gələn ilin birinci yarısında da dünya bazarında qiymət artımları davam edəcək. Bu baxımdan, ümumi istehlakda yerli istehsalın payının artırılması prioriteti daha da aktuallaşır. İdxal infilyasiyanın minimumlaşdırılması üçün yerli istehsalın genişləndirilməsi olduqca vacibdir”, - deyə Vüqar Bayramov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO