Gəncə iş adamları bir araya gəlir

Gəncə iş adamları bir araya gəlir

Hazırda oxunan: Gəncə iş adamları bir araya gəlir

50730

Dekabrın 18-də Gəncə şəhərində fəaliyyət göstərən sahibkarları vahid bir platforma ətrafında birləşdirən "Gəncə İş Adamları” İctimai Birliyinin təqdimatı olacaq. 

Bizim.Media-nın məlumatına görə,  Birliyin əsas məqsədi iqtisadi, sosial və digər sahələrdə davamlı inkişafı təmin etməklə yanaşı, sahibkarların fəaliyyətinin səmərəli təşkilinin real bazar mühitində formalaşmasına şərait yaradan imkanlar ilə dəstək olmaqdan ibarətdir. 

Birliyin strukturu İdarə heyəti və audit komitəsindən, sədrdən, onun 2 müavinindən, müşavirdən və aparat rəhbərindən ibarət olacaq.

Sədrin tabeliyində sahibkarlarla iş və biznesin inkişafi departamentləri, həmçinin investisiyalar və ticarət departamenti, beynəlxalq əlaqələr və layihələr departamenti, biznes akademiyası və ictimaiyyətlə əlaqələr departamenti fəaliyyət göstərəcək. 
 

Birlikdə fəaliyyət göstərəcək Biznes akademiyası təlim və treninqlərin təşkili ilə yanaşı uğurli biznesin qurulması istiqamətində işadamlarına hər tərəfli informasiya dəstəyi göstərəcək, daha mütəşəkkil və dolğun biznes planların qurulmasında yardımçı olacaq.


Gəncə iş adamları İB-nın rəsmi saytı artıq fəaliyyətə başlayıb. Maraqlananlar gia.org.az linkinə daxil olaraq məlumatlar ala bilərlər. 

Birliyin İdarə heyətinin sədri Zəfər Məmmədovdur.

Məqsəd Rəhimov, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO