“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik təklif olunur.
Bizim.Media xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajı azaldılacaq.
Həmçinin, sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi təklif edilir.
Layihədə qeyd edilib ki, “İşsizlikdən sığorta haqqında” qanun aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması, ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizminin formalaşmasını, məşğulluq xidmətlərinin yeni modelinin tətbiqini təmin edir.
MÖVZU İLƏ BAĞLI:
Bir ildə 327 min nəfər öz ərizəsi ilə işdən çıxıb? – Deputat araşdırma tələb etdi
Mövcud qanunda işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsi müəyyənləşdirilsə də, işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların sığorta ödənişindən yararlanması üçün əhatə dairəsinin genişləndirilməsi məqsədilə mütəmadi olaraq təkliflər hazırlanır.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:56 / 14.12.2021
İşsizlikdən sığorta alanlara şad XƏBƏR: “3 aylıq gözləmə müddəti ləğv olunur”
Hazırda oxunan: İşsizlikdən sığorta alanlara şad XƏBƏR: “3 aylıq gözləmə müddəti ləğv olunur”
Hazırda oxunan: İşsizlikdən sığorta alanlara şad XƏBƏR: “3 aylıq gözləmə müddəti ləğv olunur”
50633
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.