Asiya İnkişaf Bankından Azərbaycan iqtisadiyyatı ilə bağlı PROQNOZ

Asiya İnkişaf Bankından Azərbaycan iqtisadiyyatı ilə bağlı PROQNOZ

Hazırda oxunan: Asiya İnkişaf Bankından Azərbaycan iqtisadiyyatı ilə bağlı PROQNOZ

0:00
0:00
50572

Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya regionu üzrə builki iqtisadi artım proqnozunu 4,1%-dən 4,7­%-ə yüksəldib.

Bizim.Media Bankın yeni hesabatına istinadən xəbər verir ki, sözügedən yaxşılaşma Azərbaycan, Gürcüstan, Qazaxıstan, Tacikistan və Özbəkistan iqtisadiyyatları üzrə proqnozların daha nikbin olmasını əks etdirir. 

2022-ci il üçün ÜDM artımı üzrə proqnoz Azərbaycan, Ermənistan, Qazaxıstan və Tacikistan iqtisadiyyatlarında artım gözləntilərini nəzərə alaraq 4,2%-dən 4,4%­ə qədər yüksəldilib.

AİB region üzrə builki inflyasiya gözləntilərini 7,7%-dən 8,6%-ə qədər, 2022-ci il üçün isə 6,7%-dən 7,3%-ə artırıb.

AİB sentyabrda Azərbaycan iqtisadiyyatının bu il 2,2%, 2022-ci ildə isə 2,5% artacağını vəd edirdi. Ortaillik inflyasiya isə bu il 4,5%, 2022-ci ildə isə 3% səviyyəsində proqnozlaşdırılırdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO