Bu ilin 9 ayında Azərbaycanda tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənib.
Bizim.Media Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, cari əməliyyatlar balansında 3,9 mlrd. dollarlıq profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 1,5 mlrd. dollar kəsir yaranıb, ehtiyat aktivləri 2,4 mlrd. dollar artıb.
Bu dövrdə xam neftin orta qiyməti 62 dollar/barel olub, qeyri-neft ixracı isə 38% artaraq 1,7 mlrd. dollar səviyyəsində formalaşıb.
Nəticədə, ilin ilk doqquz ayında ölkənin tədiyə balansında 2,437 mlrd. dollarlıq və ya ÜMD-in 6,6% səviyyəsində profisit yaranıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:25 / 09.12.2021
Azərbaycanın tədiyə balansının profisiti ÜDM-in 6,6%-nə çatdı
Hazırda oxunan: Azərbaycanın tədiyə balansının profisiti ÜDM-in 6,6%-nə çatdı
Hazırda oxunan: Azərbaycanın tədiyə balansının profisiti ÜDM-in 6,6%-nə çatdı
49792
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.