Ağdam Sənaye Parkı günəş panelləri ilə işıqlandırılır - FOTO

Ağdam Sənaye Parkı günəş panelləri ilə işıqlandırılır - FOTO

Hazırda oxunan: Ağdam Sənaye Parkı günəş panelləri ilə işıqlandırılır - FOTO

48757

Ağdam Sənaye Parkında sosial zonanın təşkili istiqamətində işlər artıq yekunlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, subartezian quyusundan Sənaye Parkının sosial zonasına su xətləri çəkilib.

Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb. Parkın ərazisində Kapital Bankın bankomatı quraşdırılıb, yaxın günlərdə isə ödəniş terminallarının qoyulması planlaşdırılır.

Sənaye Parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.

Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Hazırda müxtəlif çeşidli sintetik xalça, uniforma, xüsusi və fərdi geyimlərin, polimer məhsulların, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtüklərinin, prefabrik dəmir-beton məmulatlarının istehsalı üzrə ümumi beş potensial layihəyə baxılır ki, bu layihələr üzrə 1 100 nəfərdən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO