Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Koreya tərəfindən onlayn formatda təşkil olunmuş “İKT üzrə Nazirlər Toplantısı 2021”ə qatılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Rövşən Rüstəmov tədbir çərçivəsində keçirilən “Broadband connectivity” (Genişzolaqlı bağlantı) sessiyasında əsas spiker qismində çıxış edib.
Nazir müavini öz çıxışında dünyada və ölkəmizdə bu sahədə hazırkı vəziyyət, dünyada bu istiqamətdə inkişaf trendləri, ölkəmizdə həyata keçirilən layihələr, qəbul edilən strategiya və dövlət proqramları barədə iştirakçılara məlumat verib.
Rövşən Rüstəmov statistik göstəriciləri diqqətə çatdıraraq bildirib ki, Azərbaycan əhalisinin, demək olar ki, 85 faizi internetdən istifadə edir.
“Məqsədimiz yüksəksürətli internetin tətbiqini genişləndirmək və FTTH (Fiber to the Home) şəbəkəsindən istifadə edərək sabit genişzolaqlı internet abunəçilərinin faizini artırmaqdır. Vətəndaşlar mərhələlərlə həyata keçirilən layihələr nəticəsində 2024-cü ilə qədər minimum 25 mb/s sürətə malik genişzolaqlı internetlə təmin olunacaqlar”, – deyə nazir müavini vurğulayıb.
Tədbir çərçivəsində “Asiyanın inklüziv əlaqəliliyi və ortaq rifahı üçün Seul Bəyannaməsi” qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:23 / 02.12.2021
Azərbaycan əhalisinin neçə faizi internetdən istifadə edir? - RƏSMİ
Hazırda oxunan: Azərbaycan əhalisinin neçə faizi internetdən istifadə edir? - RƏSMİ
Hazırda oxunan: Azərbaycan əhalisinin neçə faizi internetdən istifadə edir? - RƏSMİ
0:00
0:00
48729
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.