Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Avropa İttifaqı ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 11,478 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 40,2% çoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalarda yer alıb.
Mənbə yazır ki, hesabat dövründə ixracın həcmi 9,709 mlrd. dollar, idxalın həcmi isə 1,770 mlrd. dollar təşkil edib. Beləliklə, illik müqayisədə ixrac 58% artıb, idxal isə 13,4% azalıb.
Nəticədə, cari ilin ilk on ayında 7,939 mlrd. dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu göstərici 2020-ci ilin analoji dövrü ilə müqayisədə 93,5% (1,9 dəfə) artıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:37 / 30.11.2021
Azərbaycanın Aİ ölkələri ilə müsbət ticarət saldosu kəskin artdı
Hazırda oxunan: Azərbaycanın Aİ ölkələri ilə müsbət ticarət saldosu kəskin artdı
Hazırda oxunan: Azərbaycanın Aİ ölkələri ilə müsbət ticarət saldosu kəskin artdı
48412
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.