Nağdsız ödənişin üstünlükləri nələrdir? - Nazirlik açıqladı

Nağdsız ödənişin üstünlükləri nələrdir? - Nazirlik açıqladı

Hazırda oxunan: Nağdsız ödənişin üstünlükləri nələrdir? - Nazirlik açıqladı

47655

Nağdsız hesablaşmalar haqqında qanunvericiliyə edilməsi nəzərdə tutulan dəyişikliklər ticarət əməliyyatları zamanı vətəndaşlara münasibətdə hər hansı əlavə inzibati yük yaratmayacaq.

Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat verir.
 

MÖVZU İLƏ BAĞLI:

Alış-verişdə nəğd hesablaşmaya da limit qoyuldu - MƏBLƏĞ


Növbəti ilin büdcə zərfi çərçivəsində hazırlanmış “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində bir sıra ödəmələrin nağdsız qaydada həyata keçirilməsini nəzərdə tutan dəyişikliklər təklif edilir. 

Layihəyə əsasən, pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində 4.000 manatdan artıq olan ödənişlər, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər və ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər və ümumi məbləği 3.000 manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları) nağdsız qaydada həyata keçirilməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu dəyişikliklərin pərakəndə ticarət əməliyyatları zamanı ödənişlərin həyata keçirilməsində vətəndaşlara müəyyən çətinliklər yaradacağı barədə bəzi fikirlərə münasibət bildirib.

Qeyd edilib ki, təklif olunan dəyişikliyin əsas məqsədi “kölgə iqtisadiyyatı” ilə mübarizə, ölkə ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsinə nail olmaq, habelə istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirməkdir.

Nağdsız hesablaşmaların iqtisadi dövriyyədə xüsusi çəkisinin artması biznes əməliyyatlarının şəffaflaşmasını və dövlət gəlirlərinin artmasını şərtləndirir ki, bu da nəticə etibarilə büdcənin maliyyə imkanlarını artırır, sosial sektorun maliyyələşdirilməsi ilə bağlı əlavə mənbələr yaradır.

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən nağdsız hesablaşmanın aşağıdakı formaları vardır:

- bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə aparılan hesablaşmalar;

- ödəniş terminalları vasitəsilə həyata keçirilən hesablaşmalar;

- birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə aparılan hesablaşmalar.

Göründüyü kimi, qanunvericilikdə nağdsız hesablaşmaların aparılmasının bir neçə forması təsbit olunub.
 

Bu səbəbdən, qanunvericiliyə edilməsi nəzərdə tutulan dəyişikliklər ticarət əməliyyatları zamanı vətəndaşlara münasibətdə hər hansı əlavə inzibati yük yaratmayacaqdır.


Qanunvericiliyə təklif olunan dəyişikliyə əsasən 2022-ci il 1 yanvardan etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətləri əldə edən istehlakçılar belə xidmətlərə görə ödənilmiş məbləğlərə görə ƏDV-nin geri qaytarılması hüququndan istifadə edə biləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO