Amerika fond birjasında (Wall Street) ilk dəfə olaraq digər məhsullarla yanaşı su da satışa çıxarılıb.
"Bloomberg"in məlumatına görə, su fyuçersləri ilə ticarət əməliyyatlarının aparılması ilə bağlı planlar bu ilin sentyabr ayında məlum olub.
O zaman ABŞ-ın Qərb sahilləri meşə yanğınlarından və istidən iqtisadi cəhətdən əhəmiyyətli dərəcədə zərər çəkdi. Qeyd olunur ki, bu müqavilələr, öz növbəsində, fermerlər də daxil olmaqla, böyük su istehlakçılarının müdafiəsinə yönəldilib.
Fyuçerslər 2018-ci ildə fəaliyyətə başlayan "Nasdaq Veles California Water" İndeksinə bağlıdır. Məhz bu indeks suyun orta çəkili qiymətini müəyyənləşdirir.
Ekspertlərin fikrincə, iqlim dəyişikliyi, quraqlıq, əhali artımı su çatışmazlığı və su qiymətləri mövzusunu gələcək illər üçün əsas mövzuya çevirə bilər. Hazırda 2 mlrd. insan su problemi olan ölkələrdə yaşayır və 4 il ərzində dünyanın təxminən üçdə ikisi bu resurs çatışmazlığı ilə qarşılaşa bilər. (APA)
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:02 / 09.12.2020
Amerika birjasında ilk dəfə su satişa çıxarıldı
Hazırda oxunan: Amerika birjasında ilk dəfə su satişa çıxarıldı
Hazırda oxunan: Amerika birjasında ilk dəfə su satişa çıxarıldı
4710
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.