Bu avtomobillər ƏDV-dən tam azad olunur

Bu avtomobillər ƏDV-dən tam azad olunur

Hazırda oxunan: Bu avtomobillər ƏDV-dən tam azad olunur

47073

Gələn ildən “Vergi Məcəlləsinə” ediləcək dəyişikliklərdən biri də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı, eləcə də satışının növbəti 3 ildə Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsidir. Dəyişikliklərə əsasən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı da ƏDV-dən azad ediləcək.

Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur.

Bizim.Media xəbər verir ki, məsələni “Facebook” hesabında şərh edən iqtisadçı-deputat Vüqar Bayramov sözügedən dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalmaların olacağını qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Avtomobil almaq istəyənlərə xoş xəbər


Onun sözlərinə görə ƏDV-dən azad olma onların xərcinin orta hesabla 18 faiz azalmasına səbəb olacaq:

“Hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq, həmin maşınların qiymətlərində azalmaların olacağı qacılmazdır. Söhbət təbii ki, son 3 ildə istehsal olunan avtomobillərdən gedir. Digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə də tələbin artmasına gətirib çıxaracaq. Elektrik mühərrikli avtomobillərin də vergidən azad olunması müsbət haldır. Bu ölkəmizdə həmin avtomobillərdən istifadəyə marağı artıra bilər”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO