İstehlakçılar bahalı neftə qarşı hərəkətə keçdi

İstehlakçılar bahalı neftə qarşı hərəkətə keçdi

Hazırda oxunan: İstehlakçılar bahalı neftə qarşı hərəkətə keçdi

46884

Yaponiya hökuməti daxili bazarda neft məhsullarının bahalaşmasının qarşısını almaq üçün neft ehtiyatının miqdarını açıqlayacaq.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, indiyədək belə tədbir yalnız təbii fəlakətlər və ya qeyri-sabit siyasi vəziyyətlə əlaqədar xaricdən tədarükün kəsilməsi zamanı həyata keçirilib.
 

Dünya bazarında neftin qiymətinin artması Yaponiyada benzin və yanacağın qiymətlərini rekord həddə çatdırıb. Benzinin litri 169 yendir (təqribən 1,48 dollar). Bu son 13 ilin ən yüksək qiyməti olan 170 yenə yaxındır.


Benzinin pərakəndə satış qiyməti bu həddi keçərsə, hökumət neftayırma zavodlarına litr üçün 5 yen ödəyəcək. Bu dekabrın sonundan gələn ilin mart ayının sonuna kimi tətbiq ediləcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın neftin qiymətini tənzimləmək üçün strateji neft ehtiyatlarının boşaldılması imkanlarını nəzərdən keçirmək xahişi ilə bir neçə ölkəyə, o cümlədən Çin, Hindistan, Cənubi Koreya və Yaponiyaya müraciət etdiyi haqda xəbər yayılıb.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO