Azərbaycanda benzin istehsalı artdı

Azərbaycanda benzin istehsalı artdı

Hazırda oxunan: Azərbaycanda benzin istehsalı artdı

46762

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 7,5 faiz artıb.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, qeyd olunan müddət ərzində ümumilikdə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 633,8 milyon manat olub.

Bu 2020- ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 16,3 faiz çoxdur.

Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 2,1 dəfə, sürtkü yağlarının istehsalı 65,6 faiz, neft koksunun istehsalı 33,7 faiz, dizel yanacağının istehsalı 21,8 faiz, neft bitumunun istehsalı 0,6 faiz artıb. Yanacaq mazutunun istehsalı isə 27,4 faiz azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO