Qazın qiyməti 1 000 dolları ötdü

Qazın qiyməti 1 000 dolları ötdü

Hazırda oxunan: Qazın qiyməti 1 000 dolları ötdü

46268

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin 27 oktyabr tarixindən ilk dəfə olaraq 1 000 ABŞ dollarını ötüb.

Bizim.Media-nın məlumatına görə, 16 noyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) dekabr fyuçerslərinin qiyməti 1 002 dollar təşkil edib, bu da gün ərzində 5%-dən çox artım deməkdir.

Qeyd edək ki, oktyabrın 6-sında TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO