Gürcüstan cari ildə Azərbaycandan nə qədər elektrik enerjisi idxal edib? – RƏSMİ

Gürcüstan cari ildə Azərbaycandan nə qədər elektrik enerjisi idxal edib? – RƏSMİ

Hazırda oxunan: Gürcüstan cari ildə Azərbaycandan nə qədər elektrik enerjisi idxal edib? – RƏSMİ

46188

Gürcüstan cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 505,7 milyon kilovat-saat həcmində elektrik enerjisi idxal edib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,56 faiz çoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında məlumat verilir.
 

MÖVZU İLƏ BAĞLI:

Qeyri neft-qaz sektorunda məhsul istehsalı 20 faiz artdı


Bildirilir ki, cari ilin 10 ayında Gürcüstan ümumilikdə 1 724,5 milyon kilovat-saat həcmində elektrik enerjisi idxal edib. Bunun da 29,32 faizi Azərbaycanın payına düşüb.

Hesabat dövründə Gürcüstan ən çox Rusiyadan elektrik enerjisi tədarük edib - 1057,6 milyon kilovat-saat.

Gürcüstan yanvar-oktyabr ayları ərzində Azərbaycandan Türkiyəyə 318,3 milyon kilovat-saat həcmində elektrik enerjisi ötürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO