Pekin Fond Birjası fəaliyyətə başladı

Pekin Fond Birjası fəaliyyətə başladı

Hazırda oxunan: Pekin Fond Birjası fəaliyyətə başladı

46018

Pekin Fond Birjası bazar ertəsi səhər fəaliyyətə başlayıb. 

Bizim.Media xəbər verir ki, yeni fəaliyyətə başlayan birja, ilk növbədə kiçik və orta biznes arasında əməliyyatlar üçün nəzərdə tutulub.

Hazırda birjada 80-dən çox şirkət iştirak edir, lakin gələcəkdə onların sayının xeyli artacağı gözlənilir.

Yeni ticarət platformasının iqtisadiyyatın həm ənənəvi, həm də yeni sektorlarının inkişafına təkan verəcəyi güman edilir.

Çin hakimiyyətinin daha əvvəl verdiyi məlumata görə, Pekin birjası milli müəssisələrin innovativ potensialının inkişafında əsas rol oynayacaq. Onun nizamnamə kapitalı 1 milyard RMB (cari məzənnə ilə təxminən 156 milyon dollar) təşkil edir.
 

Sentyabrın 2-də Çinin sədri Si Cinpin Çin Beynəlxalq Xidmətlər Sərgisi zamanı ölkənin paytaxtında yeni birjanın açılması planını açıqlayıb. Pekin Bazarına Nəzarət Təşkilatı birjanı sentyabrın 3-də qeydiyyatdan keçirib.


Bu birja 1990-cı ildə Şanxay və Şençjen birjalarının açılmasından sonra materik Çində üçüncü birjadır. Digər bir birja Honq-Konqda fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO