Dövlət qulluğuna qəbul olmaq istəyənlərə şad xəbər

Dövlət qulluğuna qəbul olmaq istəyənlərə şad xəbər

Hazırda oxunan: Dövlət qulluğuna qəbul olmaq istəyənlərə şad xəbər

45861
Azərbaycanda dövlət qulluğu imtahanından keçən namizədlərin məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə təqdim etdikləri sənədlərin siyahısı azaldılıb.

Trend-in məlumatına görə, bununla bağlı Nazirlər Kabineti "Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nda dəyişikliklər edib.

Yeni dəyişikliklərə əsasən, müsabiqənin test imtahanından keçmiş namizədin təqdim etdiyi sənədlərin siyahısından tam orta təhsil, orta ixtisas təhsili haqqında sənəd ixtisar edilib.

Dəyişiklikliyə əsasən, qaydalardan "tam orta təhsil və orta ixtisas təhsili haqqında sənəd namizədin yardımçı dövlət qulluğu vəzifəsinə iddia etdiyi halda əlavə edilir" qeydi də çıxarılıb.
 
Sfera.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO