Pensiyaya çıxmağa hazırlaşanlara pis xəbər - Məbləğ artdı

Pensiyaya çıxmağa hazırlaşanlara pis xəbər - Məbləğ artdı

Hazırda oxunan: Pensiyaya çıxmağa hazırlaşanlara pis xəbər - Məbləğ artdı

0:00
0:00
45762

2022-ci ildə Azərbaycanda minimum pensiyanın məbləği 20 faiz artırılaraq 200 manatdan 240 manata çatdırılacaq.

Bizim.Media xəbər verir ki, pensiyaların minimum həddinin artırılması hazırda pensiya alan (xüsusi qaydada pensiyaya çıxanlar istisna olmaqla – red.) şəxslər üçün yaxşı xəbər olsa da, pensiyaya çıxmağa hazırlaşan bəzi şəxslər üçün pis xəbər olacaq.

Çünki minimum pensiyanın artırılması pensiyaya çıxmaq üçün tələb edilən pensiya kapitalını da artırdığından bəzi şəxslərin pensiyaya çıxması mümkün olmayacaq və həmin şəxslər yaşa görə müavinət almaqla kifayətlənəcək. 

Hazırda pensiyaya çıxmaq üçün tələb edilən kapital 28 800 manatdır. Minimum kapitalın məbləği minimum pensiya məbləğinin 144-ə vurulması ilə müəyyən olunur.

Gələn il minimum pensiya 240 manat olarsa, pensiyaya çıxmaq üçün tələb edilən kapitalın məbləği 34 560 manata yüksələcək.  
 

Qaydalara əsasən, yaşa görə pensiyaya çıxmaq üçün 2 şərtdən biri ödənilməlidir. Ya minimum pensiya kapitalı toplanmalıdır, ya da sığorta stajı minimum 25 il olmalıdır.


Elə şəxslər var ki, onların stajı 25 ildən az olsa da, pensiya kapitalı 28 800 manata yaxındır. Bu şəxslər kapitalı toplaya bildiyinə görə pensiyaya çıxa bilərdilər. Amma tələb edilən minimum pensiya kapitalı artırıldığından həmin şəxslərin pensiyaya çıxması mümkün olmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO