Türkdilli ölkələr ticarət məhdudiyyətlərini aradan qaldıracaq – Mikayıl Cabbarov

Türkdilli ölkələr ticarət məhdudiyyətlərini aradan qaldıracaq – Mikayıl Cabbarov

Hazırda oxunan: Türkdilli ölkələr ticarət məhdudiyyətlərini aradan qaldıracaq – Mikayıl Cabbarov

45551

İqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbulda keçirilən Türk Şurasının İqtisadi Zirvəsində çıxış edib.

Bizim.Media xəbər verir ki, nazir türkdilli dövlətlərlə iqtisad əlaqələrin gücləndirilməsi və genişləndirilməsinin pandemiya dövründə xüsusi önəm kəsb etdiyini bildirib. 

“Yalnız sıx əməkdaşlıq vasitəsilə dayanıqlı iqtisadi inkişafı təmin edə bilərik. Sevindirici haldır ki, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlərin yumşalması Azərbaycanda iqtisadi artımın bərpa olunmasına əlverişli zəmin yaradıb. Cari ilin doqquz ayında ölkə iqtisadiyyatı 4,8 % artıb, qeyri-neft sektorunda isə bu artım tempi 6,2 %-ə çatıb. Azərbaycanın digər ölkələrlə ticarət dövriyyəsi 25 % artıb, ixracımız 38 %, o cümlədən qeyri-neft-ixracı 42 % artıb. Bu artımın böyük hissəsi məhz türkdilli dövlətlərlə olan ticarət əlaqələrimizin genişlənməsindən irəli gəlir”,- deyə nazir bildirib.

Mikayıl Cabbarov qeyd edib ki, bu günlərdə ölkələr arasında ticarət məhdudiyyətlərin tədricən aradan qaldırılması istiqamətində müzakirələr davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO