Xəbər verdiyimiz kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi gedir.
Bizim.Media-nın məlumatına görə, iclasda çıxış edən maliyyə naziri Samir Şərifov işğaldan azad edilən ərazilərdə xidmət edən hərbçilərə ayrılan vəsaitin məbləğini açıqlayıb:
“İşğaldan azad olunmuş ərazilərdə qulluq edən hərbi qulluqçular üçün əməyin ödənişi fondunun xərcləri 761 milyon manat artırılıb”.
Nazir bildirib ki, gələn ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş hərbi qulluqçuların evlə təmin olunması üçün vəsait ayrılması nəzərdə tutulub:
“2022-ci ildə də sosialyönümlü xərclər dövlət büdcəsində ən çox yer alan xərclər sırasındadır”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:31 / 10.11.2021
Bu hərbi qulluqçular üçün əlavə 761 milyon manat ayrılıb - RƏSMİ
Hazırda oxunan: Bu hərbi qulluqçular üçün əlavə 761 milyon manat ayrılıb - RƏSMİ
Hazırda oxunan: Bu hərbi qulluqçular üçün əlavə 761 milyon manat ayrılıb - RƏSMİ
45376
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.