Elman Rüstəmov: “Manata necə əmr etmək olar, o azaddır!” 

Elman Rüstəmov: “Manata necə əmr etmək olar, o azaddır!” 

Hazırda oxunan: Elman Rüstəmov: “Manata necə əmr etmək olar, o azaddır!” 

44118

Mərkəzi Bank manatın məzənnəsinin formalaşmasına müdaxilə etmir, məzənnə liberal, böyük və dərin bir valyuta bazarında formalaşır.

Bizim.Media xəbər verir ki, bu fikirləri faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov səsləndirib.

O, manatın məzənnəsinin inzibati yollar ilə qorunub saxlanıldığı barədə fikirlərə də münasibət bildirib.

Baş bankirin firkincə, bu termin köhnəlmiş və yanlış bir termindir. Bu termindən imtina etməyin vaxtı çatıb:

“Hesab edirəm ki, “Manatın məzənnəsinin qorunub saxlanılması” iqtisadi kateqoriya olaraq düzgün kateqoriya deyil, köhnəlmiş və yanlış bir termindir. Əgər bu düzgün iqtisadi kateqoriya deyilsə, bizim də siyasət istiqamətimiz deyil.
 

Manatın məzənnəsi necə inzibati yollar ilə qoruna bilər?! Necə Manata əmr etmək olar?!


Bu gün Azərbaycanın valyuta bazarının həm nağd, həm də nağdsız hissəsi cox ciddi olaraq formalaşmış ən aktiv bazarlardır.

Bu bazarlarda bir neçə milyard dollar satılır. Dövlət Neft Fondunun böyük məbləğdə satışı, bu satış sonra bank sektoruna daxil olur, oradan nağd satışlar həyata keçirilir" - deyə Elman Rüstəmov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO