“Qarabağın dirçəldilməsi təkcə Azərbaycanın siyasi-iqtisadi gücünün göstəricisi deyil, həm də regionda davamlı sülhün əsası olacaq”.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi regionun siyasi, iqtisadi mühitinin dəyişməsinə, Qafqazda sülhün yaranmasına şərait yaradıb:
"Hazırda Qarabağda bərpa-quruculuq işləri aparılır. Dünən Azərbaycan və Türkiyə prezidentlərin iştirakı ilə Füzuli Hava Limanın açılış mərasiminə şahidlik etdik, bir sıra iqtisadi infrastruktur layihələrin həyata keçirilməsinə start verildi.
O bildirib ki, Azərbaycan höküməti bölgənin dirçəlməsi, əhalinin geri qayıtması istiqamətində bir sıra işlər həyata keçirir:
"Qarabağın bərpası böyük iqtisadi əhəmiyyət kəsb edir. Qarabağda bərpa-quruculuq işlərinə tərəfdaş ölkələrdən investisiyaların cəlb olunmasında maraqlıyıq. Ölkəmiz bura böyük sərmayələr yatırır, bir sıra dövlətlərdən şirkətlərin fəaliyyəti həyata keçirilir. Bərpa işlərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin sahibkarlarının aramızda görmək istərdik. İnanırıq ki, bu sahədə əməkdaşlığımız qarşılıqlı və faydalı olacaq".
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:09 / 27.10.2021
Mikayıl Cabbarov: "Qarabağa tərəfdaş ölkələrdən investisiyaların cəlbində maraqlıyıq"
Hazırda oxunan: Mikayıl Cabbarov: "Qarabağa tərəfdaş ölkələrdən investisiyaların cəlbində maraqlıyıq"
Hazırda oxunan: Mikayıl Cabbarov: "Qarabağa tərəfdaş ölkələrdən investisiyaların cəlbində maraqlıyıq"
43428
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.