Neft ehtiyatlarının azalması haqqında informasiya dünya bazarlarında neftin bahalaşmasına səbəb olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Prime” agentliyi yayıb.
Mənbə yazır ki, Bakı vaxtı ilə 08.42-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,79% bahalaşaraq, 1 bareli 85,31 ABŞ dollarına satılıb.
WTI neftinin dekabr fyuçerslərinin qiyməti də 0,98% bahalaşaraq, 1 bareli 84,58 ABŞ dolları təşkil edib.
“Baker Hughes”un məlumatları neft hasilatının potensial azalmasından xəbər verir. Buna, bu həftə ABŞ-da aktiv neft buruqlarının sayının 2 ədəd azalaraq, 443-ə düşməsi səbəb olub.
“Brent” markalı neftin qiymətinin artmasına səbəb olan digər bir amil Səudiyyə Ərəbistanının pandemiyanın tələb üçün yaratdığı təhlükəni nəzərə alaraq, OPEC+ alyansının xammalın qlobal tədarükünün idarə edilməsinə ehtiyatlı yanaşmaqda davam etməli olduğunu bəyan etməsidir (report)
Bizim.Media